isfahan lotusu

an old fox / a swindler / a crafty man / a wily man / an artful person шутл. мошенник / шулер / проходимец / пройдоха
irqi ayrı-seçkinlik
isitmə sistemi
OBASTAN VİKİ
Hind lotusu
Misir lotusu
Suzanbağı və ya Misir lotus gülü(lat. Nymphaea) - suzanbağıkimilər fəsiləsinə aid bitki cinsi. Su zanbağı və ya Nymphaeum (lat. Nymphaéa) , su zanbağı fəsiləsinin (Nymphaeaceae) su bitkiləri cinsinə aiddir və 50-yə yaxın növü var.. Su zanbağının böyük ürək formalı oval və ya ürək formalı yarpaqlarının üzərində iri çiçikləri vardır. Bu bitki suyun üzərində üzürmüş kimi görünür. Bitkinin hazırkı Latın adı yunan dilindən gəlir. Νυμφαία - "nimfa", ehtimal ki, "kukla" mənasını verən Νύμφη sözü ilə bağlıdır. Bitki bəzən ağ su zanbağı adlanır. Su zanbaqlarının kökündə suyun altında nişasta ilə zəngin qalın sürünən rizomlar əmələ gətirir.
İsfahan
İsfahan — İranın İsfahan ostanlığının mərkəzi olan şəhər. İranın Tehran və Məşhəddən sonra üçüncü ən böyük şəhəri sayılan İsfahan dünyanın ən gözəl memarlıq incilərindən biridir. Şəhərin Nəqşi Cahan meydanı UNESCO-nun mədəni irsinə daxildir. İsfahan 17-ci əsrdə möhtəşəm sarayları və sərin bağları, əzəmətli məscid və əyləncə məclisləri ilə ən mütərəqqi avropalıları belə özünə məftun edən şərq şəhəridir. Şəhərin Çar Bağında 100 il bundan əvvəl əkilmiş ağaclar var. Bağın hər iki tərəfi boyunça Səfəvilər dövründə tikilmiş qədim binalar yerləşir.
Atəşgah (İsfahan)
Atəşgah dağı kimi də məşhur olan Atəşgah İranın İsfahan və Xomeynişəhr bölgələrində yerləşir. Sasanilər dövrünə aid olan bu abidə kompleksi tarixin müxtəlif dövrlərində istismar edilmişdir. Abidənin original və tarixi adı “Mehrbin binası”, “Mehrbin Qalası” və ya “Mehrbin Atəşgahı” olsa da, hazırda yerli əhali arasında “Atəşgah” və ya “Marbin Qalası” kimi məşhurdur. Atəşgah tarixi kompleksi İsfahanın qərbində, şəhər mərkəzindən 8 km məsafədə, “Atəşgah” küçəsində və Xomeynişəhr şəhərinin cənub hissəsində yerləşir. Atəşgah Zayəndərud çayının sahilində, dağ zirvəsində qərar tutur. Bu dağdan isə şəhərin hər bir tərəfinə gözəl panoram açılır. İsfahan ostanının Xomeyni şəhr rayonunun “Marbin” bölgəsində yerləşən abidə avestaşünas alim Williams Jacksonun diqqətini çəkmiş və elmi tədqiqat obyektinə çevrilmişdir. Bina kərpic laylardan tikilmişdir. Tikilinin möhkəm olması üçün isə hər iki kərpic qatının arasına çaydan gətirilmiş nazir qamış laylar döşənmişdir. Kərpicdən tikilmiş böyük bünövrə təxminən atəşgahın yerləşdiyi təpənin ortalarından başlayıb, yuxarı hissələrdə dayanıqlı sütunlara çevrilir.
Baharistan (İsfahan)
Baharistan — İranın İsfahan ostanının İsfahan şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 45,538 nəfər və 12,769 ailədən ibarət idi. İsfahanın 20 km cənub-şərqində yerləşən yeni planlaşdırılmış şəhərdir.
Dövlətabad (İsfahan)
Dövlətabad — İranın İsfahan ostanının şəhərlərindən və Borxar şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 33,941 nəfər və 8,661 ailədən ibarət idi.
Həsənabad (İsfahan)
Həsənabad — İranın İsfahan ostanının İsfahan şəhristanının Cərqaviyə bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 4,342 nəfər və 1,197 ailədən ibarət idi.
Mahabad (İsfahan)
Mahabad — İranın İsfahan ostanının Ərdistan şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 4,081 nəfər və 1,059 ailədən ibarət idi.
Murçexort (İsfahan)
Murçexort, İranın İsfahan ostanında bir şəhər. Murçexort şəhərinin cəmiyyəti 2011-də 1,355 nəfər qeyd olunub (383 ev).
Məhəmmədabad (İsfahan)
Məhəmmədabad— İranın İsfahan ostanının İsfahan şəhristanının Aşağı Cərqəviyə bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 4,391 nəfər və 1,093 ailədən ibarət idi.
Nəsrabad (İsfahan)
Nəsrabad — İranın İsfahan ostanının İsfahan şəhristanının Aşağı Cərqəviyə bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 5,751 nəfər və 1,361 ailədən ibarət idi.
Rizvanşəhr (İsfahan)
Rizvanşəhr — İranın İsfahan ostanının Tiran və Kərun şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 3,642 nəfər və 1,132 ailədən ibarət idi.
Xur (İsfahan)
Xur — İranın İsfahan ostanının şəhərlərindən və Xur və Biyabanək şəhristanının mərkəzidir.2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 6,126 nəfər və 1,754 ailədən ibarət idi.
İsfahan (ostan)
İsfahan ostanı - İranın mərkəzi hissəsində ostan. Mərkəzi İsfahan şəhəridir . Ostanın ərazisi 107.027 km² - dir . 2006 - cı ildə aparılmış rəsmi siyahıya almaya əsasən ostanda 4.559.256 nəfər əhali yaşayır . Əhalinin etnik tərkibini farslar (əhalinin 1/3-i) , azərbaycanlılar (əhalinin 1/5-i) , qaşqaylar , bəxtiyarilər , gürcülər , ermənilər və s. təşkil edir.
İsfahan döyüşü
İsfahan döyüşü 642-ci ildə İsfahan(İspahan) əyalətində Sasanilərlə Ərəblər arasında gedən döyüşlərdən biridir.
İsfahan halvası
Səməni halvası — şirniyyat növü. Novruzla bağlı elə şirniyyatlar var ki, hazırlanması çətin olduğundan çox az adam onu bişirməyə həvəs göstərir. Onlardan biri də xalq arasında səməni halvası kimi tanınan şirniyyat növüdür. Səməni halvasına bəzən suhan halvası və ya İsfahan halvası da deyirlər. Səməni halvasını başqa şirniyyatlardan fərqləndirən xüsusiyyətlərdən biri onun demək olar ki, ekoloji cəhətdən tam təmiz olmasında, yalnız təbii məhsullardan hazırlanmasındadır. Dietoloqlar müasir istehsalın insan orqanizminə vurduğu ziyanı təsdiqləməyə məcburdurlar. Səməni halvası öz faydalı keyfiyyətinə görə Azərbaycan mətbəxinin bir sıra şirniyyatlarını geridə qoyur. Uşağa süd verən analara məhz səməni halvasını məsləhət görürlər, çünki tərkibindəki ədviyyələr belə qadının südünü artırır. Novruzda bişirilən səməni halvası "jenşen"dən də faydalıdır, yaxşı bişirilmiş səməni halvası qan dövranını, insanın əhval-ruhiyyəsini yaxşılaşdırır. Səməni və ya İsfahan halvasının maraqlı bişirilmə texnologiyası var.
İsfahan ostanı
İsfahan ostanı - İranın mərkəzi hissəsində ostan. Mərkəzi İsfahan şəhəridir . Ostanın ərazisi 107.027 km² - dir . 2006 - cı ildə aparılmış rəsmi siyahıya almaya əsasən ostanda 4.559.256 nəfər əhali yaşayır . Əhalinin etnik tərkibini farslar (əhalinin 1/3-i) , azərbaycanlılar (əhalinin 1/5-i) , qaşqaylar , bəxtiyarilər , gürcülər , ermənilər və s. təşkil edir.
İsfahan şəhristanı
İsfahan şəhristanı — İranın İsfahan ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi İsfahan şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 1,963,315 nəfər və 543,688 ailədən ibarət idi.
Əmir İsfahan
Əmir İsfahan — Qara Yusifin Pirbudaqdan sonra 2-ci oğludur, Qara İsgəndərin anabir qardaşıdır. 1433–1445-ci illərdə Bağdad hakimi olmuşdur. 1410-cu ildə Sultan Əhməd Cəlayır ilə döyüşdə iştirak etmiş və Qaraqoyunlu ordusunun sol qoluna başçılıq etmişdir. 1420-ci ildə Qara Yusif Teymuri sultan Şahruxu qarşılamaq üçün Təbrizdən hərəkətə başlayanda, Əmir İsfahan Ədilcəvazda hakim idi, lakin atasına qoşunla yardım göstərmədi. Qara Yusifin ölümündən sonra əvvəlcə Naxçıvana sonra Çuxursəədə çəkildi. Burada Səəd tayfası onu hakimiyyət üçün namizəd elan etdilər və Qara Yusifin xəzinəsi də Əmir İsfahanın əlinə keçdi. Şahrux tərəfindən əmr verildi ki, Mirzə İbrahim sultan və Əmir Şahməlik 20 min süvari ilə Əmir İsfahanın ələ keçirilməsi üçün Naxçıvan və Səlmatu tərəfə hərəkət etdilər. O əsnada İsfahanın elçiləri Şahruxun düşərgəsinə gəlib tabelik bildirdilər. Bundan sonra Şahrux onların üzərinə hücumu dayandırdı. Qardaşı İsgəndərin Qaraqoyunlu torpaqlarındakı hakimiyyəti yenidən bərpa etməsi Şahruxun Azərbaycana yeni yürüşünə gətirib çıxardı.
Babaqasım Məqbərəsi (İsfahan)
Babaqasım Məqbərəsi İranın İsfahan şəhərində yerləşən Azərbaycan Elxanilər dövləti zamanına aid olan tarixi abidədir. Abidə 23 dekabr 1931-ci ildə 1000 saylı qeydiyyat nömrəsi ilə İranın yerli əhəmiyyətli abidəsi kimi qeydiyyata alınmışdır.
Həşt-Behişt (İsfahan)
Haşt-Bəhəşt (fars. هشت‌ بهشت‎, azərb. Səkkiz cənnət bağı‎) — İranın İsfahan şəhərində yerləşən və Səfəvilər imperiyasının dövründə tikilən saray. 1669-cu ildə Süleyman şahın əmri ilə tikilib və hazırda İranın Mədəni İrs Təşkilatının himayəsi altında yerləşir. Həşt-Behişt Səfəvilərin hakimiyyəti zamanı İsfahanda tikilən qırxdan çox malikanələrdən bu günə qalmış yeganə saraydır. 1977-ci ildə saray qismən bərpa olundu. Üç il sonra o, memarlıq sahəsində Ağa Xan mükafatı ilə təltif olundu. Binanın özü və onun çoxsaylı otaqları planda səkkizüzlü formasındadır. Sarayın ərazisi tarixi park sayılır və turistlər üçün açıqdır. M. Bernardini, Hašt behešt (2), Encyclopædia Iranica, 2003-2012.
İmam məscidi (İsfahan)
Came məscidi, Sultan məscidi və İmam məscidi adları ilə də tanına Şah məscidi İranın İsfahan şəhərində Nəqşi Cahan meydanında yerləşən məscidlərdən biridir. Məscid 6 yanvar 1932-ci il tarixində İranın yerli əhəmiyyətli tarixi abidəsi kimi dövlət qeydiyyatına alınmışdır. Bundan başqa “Nəqşi Cahan” meydanı ilə birlikdə YUNESKO-nun Ümumdünya irsi obyektlərinin siyahısına daxil edilmişdir. Məscid I Şah Abbasın göstərişi ilə I Şah Təhmasibin xatirəsinə ehtiram olaraq tikilmişdir. Səfəvilərin ən mühüm nailiyyətləri memarlıq sahəsindədir. Burada ən yüksək mövqe 1598-ci ildə Şah Abbasın təşəbbüsü ilə irəli sürülmüş İsfahanın genişləndirilməsi layihəsidir. Bu, İslam tarixində ən iddialı və yenilikçi şəhərsalma sxemlərindən biridir Bu nəhəng şəhərsalma proyektinin baş memarı Şeyx Bəhai (Bəhaəddin əl-Amili) idi. Bu layihə Şah Abbasın baş planının iki əsas xüsusiyyəti üzərində cəmləmişdir: Şəhərin hər iki cinahında,bütün görkəmli qurumların, məsələn, bütün xarici dövlətlərin iqamətgahlarının yerləşdiyi Çaharbağ prospekti və Nəqşi Cahan Meydanı (“ Dünyanın Nümunəsi ”).Şahın hakimiyyətə gəlişindən əvvəl ölkədə mərkəzləşdirilməmiş güc strukturu var idi: müxtəlif qurumlar, hərbçilər ( qızılbaşlar ) hakimiyyət uğrunda mübarizə aparırdılar.) və imperiyanı təşkil edən müxtəlif əyalətlərin qubernatorları. Şah Abbas bu siyasi quruluşu sarsıtmaq istəyirdi və İsfahanın imperiyanın paytaxtı kimi yenidən qurulması hakimiyyətin mərkəzləşdirilməsində mühüm addım idi. Meydanın əhəmiyyəti ondan ibarət idi ki, Şah Abbas onu inşa etidrməklə Səfəvi hakimiyyətin üç əsas komponentini burada cəmləyəcəkdi; Şah Məscidi ruhanilərin, Bazar tacirlərin və təbii ki, Ali Qapı sarayı isə burada yaşayan şahın gücünün simvolu idi.
İsfahan döyüşü (1497)
İsfahan döyüşü — 1497-ci ildə Gödək Əhməd və Eybə sultan başda olmaqla qiyamçı Ağqoyunlu əyanları arasında döyüş. Döyüşdə Gödək Əhməd məğlub oldu və öldürüldü. Gödək Əhməd ona hakimiyyətə gəlməkdə kömək edən Eybə sultandan ehtiyat etdiyi üçün onu mərkəzdən uzağa Kirman vilayətinə hakim təyin etdi. Mərkəzdən uzaqlaşmasına görə narahatlıq keçirən Eybə sultan və Gödək Əhmədin keçirdiyi islahatlardan narazı olan bəzi əyanların mərkəzi hakimiyyətlə hesablaşmaq istəmirdilər. 1497-ci ildə Eybə sultan və Şiraz hakimi Qasım bəy Pornak Gödək Əhmədə qarşı çıxaraq qərara gəlmişdilər ki, Uzun Həsənin digər nəvəsi Sultan Muradı Şirvandan gətirib, taxta çıxarsınlar və özləri yeni hökmdarın vəkili olsunlar. Hər iki müttəfiq İsfahana doğru hərəkətə başladılar. Bu xəbəri eşidən Gödək Əhməd qış mövsümü olmasına baxmayaraq müxaliflərin üzərinə yürüşə başladı. Gödək Əhməd böyük və təcrübəli bir qoşunla İsfahanda müttəfiqlərlərlə qarşılaşdı. Eybə sultanın qoşunundan çoxsaylı bir dəstə Gödək Əhmədin ordusuna qoşuldu. Eybə sultanın müqavimət qüvvəsi olmadığından, döyüş bayrağını endirib qaçmaq istəyirdi.
İsfahan Beynəlxalq Hava Limanı
İsfahan Beynəlxalq Hava Limanı (IATA: IFN, ICAO: OIFM) (fa: فرودگاه اصفهان - Farūdegāh-e Eşfahān) İranın İsfahan şəhərinə xidmət göstərən beynəlxalq hava limanıdır. Hava limanı Şəhid Beheştinin şərəfinə adlandırılmışdır. İnzibati və siyahıyaalma məqsədləri üçün İranın İsfahan ostanının mərkəzi regionu və Qahab-e Shomali dehistanı bir kənd sayılır. Hava limanında biri daxili, digəri beynəlxalq uçuşlar üçün iki terminal var. Hava limanına bitişik 1970-ci illərdə İranın F-14 Tomcat donanmasına xidmət etmək üçün xüsusi olaraq inşa edilmiş Hatami Hərbi Hava Bazası yerləşir.